"Hər iki işin öhdəsindən gəldiyimi düşünürəm"

Xəbərlər
10.09.2017 27
"Açıq-saçıq geyimləri sevmirəm, bu mənim xarakterimə uyğun deyil. Son vaxtlar, bütün geyimlərimi tikdirirəm. Bir ayda 28 libas tikdirmişəm. Əsas özünə yaraşanı seçə bilməkdir. Mən bunu bacarıram".



Bunu müsahibəsində Türkiyədə yaşayan azərbaycanlı müğənni Yeganə Mürsəlova deyib.



Yeganə deyib ki, sənətindən öncə övladı gəlir: "Hər şeydən öncə oğluma vaxt ayırmalıyam. Onun vətənimə layiqli vətəndaş kimi böyüdüb, cəmiyyətə təhvil verməliyəm. Hər iki işin öhdəsindən gəldiyimi düşünürəm".



Müğənni bildirib ki, yenidən ana olmaq istəyir: "Əslində həmişə deyirdim ki, 11 uşağım olsun. Dəhşət futbol həvəskarıyam, "Fənərbaxça"lıyam. Qadın olub, futbolu bu qədər sevmək dəhşətdir. Həyat yoldaşıma demişəm ki, 11 uşağımız olsun, futbol komandası quraq. Təbii ki, bunlar qismətə bağlıdır".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!