Brilliant bacısı qızını biabır elədi: "Xislətindən istifadə edirlər"

Brilliant bacısı qızını biabır elədi:
Xəbərlər
10.09.2017 63
Xalq artisti Brilliant Dadaşova bacısı qızı Səidə Dadaşova barəsində maraqlı fikirlər səsləndirib. "5/5” verilişinə qonaq olan xalq artisti bildirib ki, S.Dadaşova ona layiq olmayan insanlarla gəzir. Belə ki, S.Dadaşova verilişə gələn zaman "Tıxacları yara-yara nəhayət, gəlib verilişə çatdım”, - deməsinə peşman olub.



B.Dadaşovanın mikrofonu götürərək, S.Dadaşovaya bu sözləri deyib: "Küçədəki tıxacları yarmaq asandır. Sən həyatındakı tıxacları yar, evə gəl, yanımızda ol. Madam ki, söhbət düşüb, deyim. Səidə həm mənim bacım qızı, həm də əmioğlumun qızıdır. Çox istedadlıdır. Əfsuslar olsun ki, onun bir az təmiz xislətindən bir çoxları istifadə edir. Səidə mənim xoşuma gəlməyən insanlarla oturub-durur. Mən də, atası da, anası da 100 dəfə demişik ki, sənətlə məşğul ol. Yanımızda ol. Ona dəfələrlə demişəm ki, səsini qoru, pis vərdişlərdən uzaq ol. Məsələn, siqaret çəkir. Mənim Səidəyə ilk narazılığım siqaret üstündə olub. Demişəm ki, Səidə sən müğənnisən, siqaretdən uzaq ol. İndi bir çox müğənnilər siqaret çəkir, amma boyunlarına almırlar. Burda ayıb heç nə yoxdur. Sadəcə bu insanın səhhətinə ziyandır. Bir sözlə biz bu Səidəni öz yanımıza çəkə bilməmişik”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!