Azərbaycan alimləri ilkə imza atdı - Video

Azərbaycan alimləri ilkə imza atdı - Video
Xəbərlər
10.09.2017 7
Azərbaycan alimləri daha bir yeniliyə imza atıb. Dünyada ilk dəfə olaraq "Dünya palçıq vulkanları” atlası hazırlanıb.



5 ilə yaxındır ki, atlas üzərində işləyən alimlər bu atlasa əsasən dünya palçıq vulkanları haqqında məlumat bankı tərtib ediblər. Atlas hazırlanarkən dünyanın 42 ölkəsində, eyni zamanda Xəzər, Aralıq və Qara dənizin dərin zonalarında yerləşən palçıq vulkanları haqqında məlumatlar əldə edilib. 320 səhifədən ibarət atlasda şəkillər, xəritələr, profillər, müxtəlif tektonik sxemlər və cədvəllər əsasında maraqlı məlumatlar əksini tapır. Ümumilikdə isə atlasda 2500 palçıq vulkanı haqqında məlumat var. Bunun 350-i palçıq vulkanlarının sayına görə ilk sırada olan Azərbaycanda və Xəzərin  Azərbaycan sektorunda yerləşir.



Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev onu da bildirdi ki,  dünyada ilk dəfə olaraq hazırlanan "Dünya palçıq vulkanları” atlası Azərbaycan, ingilis və rus dilində İtaliyada nəşr olunacaq. Onu da qeyd edək ki, Azərbaycanın palçıq vulkanları atlası ilk dəfə 1971-ci ildə çap olunub.



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!