Ayan yeni eşq axtarışında - Video

Ayan yeni eşq axtarışında - Video
Xəbərlər
10.09.2017 9
Müğənni Ayan "Region TV”də yayımlanan "Şou Məkan” verilişinə müsahibə verib.



"Səndən sonra” mahnısına klip çəkdirən müğənni, mahnısının şəxsi həyatı ilə bağlı olub olmadığından danışıb: "Mahnının mənə aidiyyatı yoxdur, çünki mən həyatımda yeni eşq istəyirəm. Rejissora bir dənə təklifim oldu. Məni cazibədar çəkməsini söylədim. Dedim, "sən canın, bu dəfə məni axır ki, qadın kimi çək də.”



Müğənni, tezliklə şəxsi həyatında dəyişiklik olacağını da açıqlayıb: "Olacaq, az qalıb. Sevgi yox, istəyirəm ki, ailəm olsun. Mən istədiyimə hər zaman nail oluram. Qismətimdə varsa, gəlinlik də geyinəcəm. Övladım qucağımda olacaq və mən təkrarən ailə həyatı quaracam”

Tanınmış müğənni, verilişdə qızı ilə bağlı da sualları da cavablandırıb."Birinci mənim övladımdır. O, mənim canımdan bir parçadır. O, mənim ürəyimin özüdür. Ona az vaxt ayıranda, görürəm ki, kaprizləri başlayır. Ona görə işlərim nə qədər çox olsa da, qızımın yanında olmağa çalışıram. Martın 1-i onun ad günüdür. Onu kameraların qarşısına çıxartmıram, çünki belə lazımdır”





скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!