Elnur finala bir addım da yaxınlaşdı - Video

Elnur finala bir addım da yaxınlaşdı - Video
Xəbərlər
10.09.2017 18
"O səs Türkiyə" yarışmasında qalan son azərbaycanlı iştirakçı Elnur Hüseynov "Son seçimlər" mərhələsində çıxış edib.



Ebru Gündeşin komandasında olan həmyerlimiz bu dəfə "Daft Punk"ın "Get lucky" mahnısını səsləndirib. Elnurun rəqibi, Mazhar-Özkan cütlüyünün yarışmaçısı Seda Yiyin isə Sertab Erenerin "Aşk" mahnısını oxuyub.



E.Hüseynovun ifası yenə də münsiflər tərəfindən yüksək qiymətləndirilib. Mazhar Alanson onu "yarışmanın əfsanəsi" adlandırıb.



Tamaşaçı səsverməsiylə Elnur sonda qalib olaraq canlı yayımlar mərhələsinə keçib.



Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcı olduğu səs yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alır.



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!