Daha bir məşhur seriala qadağa qoyuldu

Daha bir məşhur seriala qadağa qoyuldu
Xəbərlər
10.09.2017 14
Türkiyədə "Kanal D" telekanalında yayımlanan "Ulan İstanbul" serialının yayımı dayandırılır. Buna baxmayaraq, yeni seriyaların çəkilişləri davam etdiriləcək. Belə ki, "Ulan İstanbul" teleserialına sadəcə televizorlarla baxmaq mümükün olmayacaq. Geniş populyarlıq qazandığına görə sosial media izləyiciləri üçün yeni seriyaların çəkilişi davam etdiriləcək.



Türkiyə mətbuatında bu bir ilk olacaq. Belə ki, ilk dəfə olaraq bu ölkədə teleserial internet vasitəsilə yayımlanacaq və izlənməsi ödənişli olacaq. Sosial medianın izləyicilərinin sayı nəzərə alınarsa, serialın televiziya vasitəsilə yayımlanmaması reytinq göstəricilərinə elə də ciddi təsir etməyəcək. Bundan başqa, daha çox internetdən kompüter və planşetlər vasitəsilə baxılması da izləyicilərin azalmayacağından xəbər verir.



Həmçinin bildirilir ki, "Ulan İstanbul" teleserialının seriya müddəti də 45 dəqiqəyə qədər endiriləcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!