Ağızla eşidə biləcəyik

Ağızla eşidə biləcəyik
Xəbərlər
10.09.2017 23
Eşitmə qüsurlular artıq ağızları ilə eşidə biləcəklər.
ABŞ-ın Kolorado əyalətində bir araşdırma aparan alimlər əlil insanların
eşidə bilməsi üçün unikal bir cihaz hazırlayıblar. Sözügedən cihaz
elektrik axınlarına çevrilmiş olan səs dalğalarını beynə çatdıracaq.
Bu qurğu vasitəsi ilə eşitmə qüsurlu insanlar da eşidə biləcək. Hələ
test mərhələsində olan cihaz üzərində təxminən bir ildir ki, araşdırma
aparılır.
Kolorado Əyalət Universitetinin səlahiyyətli şəxslərindən biri olan Con
Viliams bu üsulun eşitmə qüsurluları üçün çox ucuz başa gələcəyini
söyləyib. O deyir ki, bu cihaz əməliyyat olmadan istifadə edilə bilir və
həyati risk də daşımır.
Cihazın ideasını verən Viliams bu fikri qulağında yaranan zingildəmələr
əsnasında tapdığını söyləyir. Dilin üzərində minlərlə sinir olduğunu
ifadə edən alim eşitmək üçün artıq qulağa ehtiyac qalmadığını bildirib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!