Oğlan dalınca Ukraynadan Bakıya gəlib itən azyaşlı qız tapıldı

Oğlan dalınca Ukraynadan Bakıya gəlib itən azyaşlı qız tapıldı
Xəbərlər
10.09.2017 7
Oğlan dalınca Bakıya gəlib itən azyaşlı qız tapıldı. Anası tərəfindən axtarışa verilən Ukrayna vətəndaşı tapılaraq "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evinə yerləşdirilib.



Hüquq müdafiəçisinin sözlərinə görə, həddi-büluğa çatmamış qızın anası Ukraynanın Azərbaycandakı səfirliyinə müraciət edib. Bundan sonra itkin qız tapılaraq sığınacaq evinə gətirilib. Gənc qız tanış olduğu oğlana görə Bakıya gəldiyini deyib. Lakin oğlan onu aldadıb.

"Qızın həmin oğlanla hansı şəraitdə tanış olduğunu, Azərbaycana nə vaxt gəldiyini hələlik bilmirik. Amma qızın Ukraynaya geri qayıtması üçün sənədlərin hazırlanmasına başlanıb. Sənədlər hazır olandan sonra qız öz vətəninə yola salınacaq” - deyə M.Zeynalova bildirib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!