Röya ilə “Fəlakət” yeni layihə hazırlayırlar

Röya ilə “Fəlakət” yeni layihə hazırlayırlar
Xəbərlər
10.09.2017 13
"Bozbash pictures”in Fəlakəti – aktyor Elşən Orucov son vaxtlar müğənni Röya Ayxanla tez-tez bir araya gəlməsinin səbəbini açıqlayıb.



Danışan aktyor yaxın günlərdə onunla birlikdə layihə təqdim edəcəklərini söyləyib:

"Deyirlər, guya Röyanın klipinə çəkilmişəm, amma bu şayiədir. Röya mənim çox yaxın dostumdur. Birlikdə layihəmiz var. Yaxın günlərdə bunun şahidi olacaqsınız. Mənim sahəmə aid olan bir işdir, klip deyil. Əgər onu indi açıqlasam, maraqlı olmaz”.

E.Orucov "Bozbash pictures” üzvlərinə qarşı qısqanclıqların olduğunu deyib:

"İnsanlarda sözün yaxşı mənasında bu beşliyə qarşı qısqanclıq var. İstənilən güclü aktyor aramıza qatılsa belə, tamaşaçı onu qəbul etmir. Çünki izləyicilər bu beşliyi ailəsi kimi qəbul edib. "Bozbash pictures”lə bağlı yeni ideyalarımız var. İstəyirik tamamilə dəyişib başqa bir formatda edək”.

E.Orucov ona real həyatda "Fəlakət” deyə müraciət olunmasını müsbət qarşıladığını bildirib:

"Mən aktyorluqla yanaşı, montajçı kimi də fəaliyyət göstərirəm. İnsanlar arasında Fəlakətin Elşəndən çox tanınmasını görmək xoşdur. Amma hərdən işdə məni Fəlakət deyə səsləyirlər. Belə müraciət edəndə çaş-baş qalıram. Əvvəl əsəbləşirəm. Amma sonra başa düşürəm ki, onsuz ikisi də mənəm”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!