Hyustonun 21 yaşlı qızı sabah öləcək - Anası ilə eyni gündə

Hyustonun 21 yaşlı qızı sabah öləcək - Anası ilə eyni gündə
Xəbərlər
10.09.2017 13
Dünya şöhrətli mərhum müğənni Uitni Hyustonun qızı 21 yaşlı Bobbi Kristina Braununun ailəsi onu süni nəfəs aparatından ayırmağa qərar verib.



Bu, sabah-fevralın 11-də Bobbinin anası Hyustonun ölüm günündə həyata keçiriləcək.



Ailəyə bu addımı atmağı həkimlər məsləhət görüblər. Belə ki, gənc qızın yaşaması üçün heç bir şansının olmadığı bildirilib. Onun beyninin aktivliyi günü-gündən azalır.



Qeyd edək ki, Bobbi Kristina yanvarın 31-də evinin hamam otağında huşsuz vəziyyətdə tapılmışdı. Onun bu vəziyyətə niyə düşdüyü hələ də açıqlanmır. Bəzi mənbələr Bobbinin beynində şiş olduğunu yazsa da, digərləri onun narkotik aludəçisi olduğunu iddia edir.  



Xatırladaq ki, Bobbinin anası Uitni Hyuston üç il bundan əvvəl yüksək dozada narkotik qəbulu nəticəsində yaranmış kəskin ürək çatışmazlığı səbəbindən ölüb.



Bobbi Braun məşhur müğənninin 115 milyonluq varidatının yeganə varisidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!