Elnur Hüseynov finala bir addım da yaxınlaşdı - Video

Elnur Hüseynov finala bir addım da yaxınlaşdı - Video
Xəbərlər
10.09.2017 11
"O səs Türkiyə” müsabiqəsinin son buraxılışında 1/4 final mərhələsində canlı ifa bildirib.O səs Türkiyə” yarışmasındakı ilk çıxışı ilə səs-küy yaradan müğənni Elnur Hüseynov yarışın bu mərhələsində Şebnem Ferahın "Gözlerimin etrafındakı çizgiler" mahnısını ifa edib.



Həmyerlimizin möhtəşəm çıxışı həmişə olduğu kimi, bu dəfə də alqışlarla qarşılanıb və hamı tərəfindən bəyənilib.



"Elnur çox güclü səsdir. O, bunu gəldiyi ilk gün jüridəki dostlarımın onu ayaq üstə alqışlamasıyla sübut edib", – deyə jüri Ebru Gündeş bildirib.



Formata uyğun olaraq digər komandadan üç iştirakçı ilə yarışan Elnur, dörd nəfər içində ikinci seçilərək növbəti canlı efirə vəsiqə qazanıb.



Qeyd edək ki, Elnur Hüseynov "Eurovision 2008”də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır.





скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!