İranlı aktrisa soyundu, vətəndaşlıqdan silindi

İranlı aktrisa soyundu, vətəndaşlıqdan silindi
Xəbərlər
10.09.2017 8
"Exodus: Gods and Kings" filmində baş rollardan birini oynamış iranlı aktrisa Gülsiftə Fərəhani ölkə vətəndaşlığından məhrum edilib. 

 
31 yaşlı aktrisa 2012-ci ildə "Egoiste" jurnalı üçün qurşaqdan yuxarı
çılpaq vəziyyətdə şəkil çəkdirdiyində görə ölkəsindəki mühafizəkarların
ciddi təqiblərinə tuş gəlmişdi. Din xadimləri isə ümumiyyətlə,
aktrisanın "çox ağır cəzalandırılmasını" tələb edirdilər.

 
Həyatı üçün ciddi təhdid yarandığını anlayan aktrisa İrandan qaçmışdı.

 
Hazırda əri ilə birlikdə
Parisdə yaşayan Gülsifte Fərahani İran vətəndaşlığından məhrum
edilməsini qanunsuzluq, insan haqlarının kobud şəkildə pozulması
adlandırıb. O, vətəndaşlığının bərpasını istəyir.

 
Fransada kinematoqrafiya sahəsində ən nüfuzlu mükafat sayılan
"Cesars"a nominant olan aktrisa deyib: "İranda məni təqib edirdilər.
Hətta deyirdilər ki, yarıçılpaq fotosessiyaya çəkildiyim üçün döşlərimi
kəsib atama yollayacaqlar. Elə şəraitdə yaşaya bilməzdim. İranı tərk
etdim, Parisə gəldim. Lakin hər şeyə rəğmən İran vətəndaşlığını itirmək
istəmirəm. İran vətənimdir, mən də o ölkənin vətəndaşı".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!