Elnarənin Azərbaycanın siması kimi ilk fotoları

Elnarənin Azərbaycanın siması kimi ilk fotoları
Xəbərlər
10.09.2017 1
Bakıda "TRT Avaz” kanalının hazırladığı "Avaz” layihəsi çərçivəsində tanıtım videosu hazırlanıb.



Türk Dünyasının birliyini əks etdirən mahnıda hər bir xalqı təmsil edən sənətçi yer alıb.



Ölkəmizi layihədə müğənni Elnarə Xəlilova təmsil edir. Yaradıcı heyət ifaçı üçün Bakıda nəzərdə tutulan çəkilişləri yekunlaşdırıb. Çəkilişlər Qız qalası, Şirvanşahlar sarayı, Karvansaray, Qobustan, Atəşgah məbədi, Alov qüllələri, Şəhidlər Xiyabanı, Dağüstü Park və başqa məkanlarda aparılıb.



Görüntülər Novruz bayramı ərəfəsindən bütün türk xalqlarının telekanallarında yayımlanacaq, radio dalğalarında səsləndiriləcək.



Videonu Əli Çiçək və Əhməd Sabuncu lentə alıblar. Azərbaycandakı çəkilişlərdən sonra yaradıcı heyət Türkmənistana yollanıb.



İfaçının stili üzərində modelyer Şəlalə Maqsudova və vizajist Esmira İsmayılova çalışıb.




 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!