Samiraldoya qız vermədilər

Samiraldoya qız vermədilər
Xəbərlər
10.09.2017 9
Stilist Samiraldo (Samir Əliyev) ailə qurmaq fikrindən daşınıb.



Ailə qurmaq istədiyi xanımın ailəsi bu izdivacdan vaz keçib: "Mən də hər insan kimi istədim ki, normal ailəm olsun. Bunun üçün çox çalışdım, amma olmadı. Mən tərəfdən hər şey qaydasında idi. Ailə qurmaq üçün özümdə potensial görürdüm. Amma qızın ata-anası bu evliliyə qarşı çıxdı. Mən mediaya demişdim ki, dekabrda ailə quracam, kaş bu açıqlamanı verməzdim. Qızın ailəsi mətbuatda barəmdə yazılanları oxuyub, fikirlərini dəyişdi. Haqqımda pis düşünməyə başladılar. Beləcə, ailə qurmaq istəyim gözümdə qaldı. Bəlkə də xeyirlisi budur".

 

Samiraldo deyib ki, xeyli müddət imiş ki, toya hazırlaşırmış: "Toyu keçirəcəyimiz məkanın behini də vermişdim".

 

Qeyd edək ki, stilist Samiraldo bir müddət öncə açıqlamasında ailə quracağını demişdi: "İllərdir ki, bir xanımla münasibətdəyəm. O, məndən evlilik təklifi gözləyirdi. Mənsə bu yaxınlarda ziyafətlərin birində ona bu təklifi etdim. Hətta onun böyüklərindən də razılıq almışam. Bilirəm, bu açıqlamamdan sonra bir çox insanlar məni qınayacaq. Amma mənim az yaşım yoxdur. Elə bir yaş dövründəyəm ki, həyatdan nə gözlədiyimi bilirəm. Mən də ailə qurub, övlad sahibi olmaq istəyirəm. Ailə quracağım xanım məndən iki yaş balacadır. Artıq qarşımda şərt də qoymuşam. Ailə qurduqdan sonra başqa bir Samir olacağam. Geyimlərimə diqqət edəcəm. Çalışacam ki, mənə görə xanımım narahat olmasın”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!