Planşet bazarının lideri

Planşet bazarının lideri
Xəbərlər
10.09.2017 1
2014-cü ilin dördüncü rübündə dünyada 76,1 milyon planşet və hibrid qurğu satılıb ki, bu da 2013-cü ilin dördüncü rübü ilə müqayisədə 3,2 faiz azdır.



Bununla belə, 2014-cü ildə planşet satışlarının həcmi 4,4 faiz yüksələrək 229,6 milyona çatıb.



Analitiklər vurğulayır ki, "Apple" və "Samsung" şirkətləri planşet bazarının əsas oyunçularıdır. "Apple"ın planşet çeşidini genişləndirməsinə, köhnə modelləri satışda saxlamasına baxmayaraq, bu, yeni "iPhone" modellərinin fonunda "iPad" qurğularının satışını canlandırmaq üçün kifayət etməyib. Eyni vaxtda "Samsung" şirkəti "Android" əsaslı ucuz planşet istehsalçıları tərəfindən rəqabətlə üzləşib.



"Apple" planşet bazarının lideri olaraq qalır. Şirkət bir rübdə 21,4 milyon planşet satıb. "Samsung" ikinci pillədə qərarlaşıb. Sonrakı pillələrdə "Lenovo", "ASUS" və "Amazon" şirkətləri qərarlaşıb.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!