Bu məşhur brendlərdə zəhər var: diqqətli olun!

Bu məşhur brendlərdə zəhər var: diqqətli olun!
Xəbərlər
10.09.2017 14
Bər-bəzəkli butiklərdən bahalı qiymətə aldığınız geyimlər həyatınızı
məhv edə bilər. Bir çox bahalı brendlərin paltarlarında insan orqanizmi
üçün təhlükəli maddələr aşkarlanıb.



"Greenpeace” ekoloji təşkilatının sifarişi ilə həyata keçirilən
araşdırmalar göstərib ki, müxtəlif brendlərin uşaqlar üçün istehsal
etdiyi geyimlərdə orqanizm üçün təhlükəli maddələr var.



"Tədqiqatın aparılması üçün 2013-cü ilin may-iyun aylarında 25 ölkədəki
rəsmi mağazalardan 82 uşaq paltarı nümunəsi alınıb. Bunlar arasında GAP,
H&M, Adidas, Nike, Puma, American Apparel, C&A, Disney,
Primark, Uniqlo və Burberry kimi məşhur brendlər də var. Tədqiqatlar
nəticəsində bəlli olub ki, bütün brendlərin məhsullarında təhlükəli
maddələr var.



Disney, American Apparel və Burberry brendlərinin məhsullarında yüksək
səviyyədə etoksilat və nonilfenol maddələri aşkarlanıb. Adidas
şirkətinin uşaqlar üçün çimərlik paltarında isə perftoroktan turşusu
şirkətin özünün belə təyin etdiyi normadan çox olub. Primark şirkətinin
uşaqlar üçün köynəyinin üzərindəki rəsm isə 11% flatonlardan ibarət
olub. Bu maddələr reproduktin sağlamlıq üçün təhlükədir. İnsanın
hormonal və immun sistemini pozur.



Greenpeace təşkilatı dünya dövlətlərinə çağırış edir ki, tekstil
sənayesində kimyəvi maddələrin istifadəsinin qarşısını alsınlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!