İslam ölkəsinin transseksualları - FOTOREPORTAJ

İslam ölkəsinin transseksualları - FOTOREPORTAJ
Xəbərlər
10.09.2017 15
"Mənə Hina de” - 42 yaşlı fotoqraf Şahri Şarminin Banqladeşdə
toxunulmazlar kastası olan "hicra”lardan hazırladığı foto-hekayə belə
adlanır. "Hicra” Banqladeş, Hindistan və Pakistanda üçüncü cinsin
nümayəndələrinə deyirlər. Onlar qadın kimi geyinən və özünü qadın kimi
aparan, qız adları daşıyan, amma özünü nə kişi, nə də qadın cinsinə aid
edən transgender və transseksuallardır.

Qərb dünyasında transgenderlərə daha təmkinli münasibət var, amma
Cənubi Asiyada qadın kimi yaşamaq istəyən kişilər xeyli problemlərlə
üzləşirlər.
 
Fotosessiyanın müəllifi, iki uşaq anası olan Banqladeş vətəndaşı Şarmin bunları deyir:
 
"Mən və mənim ətrafımdakılar, elə tərbiyə edilmişik ki, bu cür
adamları ümumiyyətlə insan olaraq qəbul etməyək. Onların vərdişlər,
həyat tərzi, zahiri görünüşləri bu insanları həmişə cəmiyyətdən təcrid
edib. Banqladeşdə üçüncü cinsin nümayəndələri nadir hallarda normal
həyat yaşaya bilirlər. Onlar təhsil ala bilmirlər, məscidə gedib namaz
qıla bilmirlər, nə dövlət, nə də özəl sektorda onları heç kim işə
götürmür. Onların hətta səhiyyə xidmətlərindən istifadə hüququ da
yoxdur.
 
Mən Hina ilə tanış olana qədər onlara pis baxırdım. O, mənə haqsız
olduğumu göstərdi. Öz həyat hekayəsini, öz dünyasını anladaraq. Mən həm
onu, həm də onun kimiləri başa düşməyə başladım.
 
İstəyirəm ki, mənim fotolarıma baxaraq insanlar görsün ki, hicralar
qadınlığa necə can atırlar. Onlar hər yerdə diskriminasiyaya məruz
qaldıqlarına görə çalışırlar ki, birlikdə hərəkət etsinlər”.
 
Şaxriyanın dediyinə görə qədimdə "üçüncü cins” burda mövcudluğunu ona
görə qoruyub saxlaya bilirdi ki, hinduizm inamında  onların xoşbəxtlik
və var-dövlət gətirdiklərini düşünürdülər: "Ancaq dövr dəyişdi, hicralar
cəmiyyətdə öz müqəddəs mövqelərini itirdilər. İndi onlar dilənçiliklə
və ya fahişəliklə məşğul olurlar...”

İslam ölkəsinin transseksualları - FOTOREPORTAJскачать dle 11.3

Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!