Elnur Hüseynov "O səs Türkiyə"nin finalında - Videolar

Elnur Hüseynov
Xəbərlər
10.09.2017 5
"O səs Türkiyə"nin yarımfinal gecəsində azərbaycanlı iştirakçı Elnur Hüseynov səhnəyə çıxıb.



Elnur musiqisi Tofiq Quliyevin, sözləri Rəsul Rzanın olan "Yalqızam yalqız" əsərini oxuyub. Ebru Gündeşin komandasında yarışan həmyerlimiz ilk səsvermədə "altılıq"da yer alıb.



Şərtlərə əsasən ən az səs yığan iki nəfər yarışmanı tərk etdikdən sonra digər ifaçılar növbəti dəfə çıxış ediblər.



Bu dəfə isə E.Hüseynov Serab Erenerin repertuarından "Vur yüreğim" mahnısını səsləndirib. Azərbaycanlı iştirakçı növbəti səsvermə nəticəsində final dördlüyünə vəsiqə qazanıb. O, sabah final gecəsində qalib olmaq üçün yarışacaq.



Qeyd edək ki, bütün iştırakçılar və münsiflər heyəti bir neçə gün əvvəl qətlə yetirilən Özgecan Aslanın xatirəsinə hörmət olaraq verilişə qollarında sarğı ilə çıxıblar.



Xatırladaq ki, "TV8” kanalında yayımlanan Acun İlıcalının aparıcısı olduğu səs yarışmasının münsiflər heyətində müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alırlar.







скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!