Özcan Dənizin bu statusu rekord qırır

Özcan Dənizin bu statusu rekord qırır
Xəbərlər
10.09.2017 21
Məşhur türk aktyor, müğənni və rejissor Özcan Dəniz Türkiyəni sarsıdan dəhşətli qətllə bağlı şərh verib.



Mersində baş verən dəhşətli cinayətlə bağlı İnstagram səhifəsində status paylaşan sənətçi çoxsaylı izləyici rəğbəti qazanıb.



Onun statusunu bir neçə saat ərzində minlərlə insan izləyib və şərh edib. Şərhçilərdən çoxu müğənninin statusunda yazdıqlarının çox təsirli olduğunu bildirib.



"Qəzet, kitab oxumayan, mədəniyyət bilməyən, ömründə bir dəfə də olsun kino-teatra getməyən, lakin ağızdolusu iqtisadi krizisdən danışaraq, əzabla qazandıqlarını barlarda içkiyə, narkotikə verənlər. Özü iş görməyən, görülən işləri bəyənməyən, pis geyinib, pis danışan, normal danışa bilməyən, elm öyrənməyi günah sayanlar. Mədəni dirçəlişi bəyənməyənlər. Müasir geyimi əxlaqsızlıqla eyni tutanlar. Heç bir dini biliyi olmadığı halda, ordan-burdan nəsə eşidərək, özünü imam kimi göstərən, gözəl qız görüncə isə gözü dönənlər. Üzdə özünü mədəni göstərib, daxilən canavar olanlar. Çox təəssüf ki, həşərat dolu bu dünyada yaşayırıq. Onların heç nə etməyinə gərək yoxdur, belələrinin varlığı dəhşətdir...”



Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə, Mersin vilayətinin Tarsus rayonunda Özgecan Aslan adlı ali məktəb tələbəsi evinə getmək üçün mindiyi ictimai nəqliyyatda 3 nəfər tərəfindən zorlanaraq öldürülmüş, sonra isə cəsədi yandırılmışdı. Baş vermiş vəhşilik ölkə ictimaiyyəti tərəfindən böyük etirazla qarşılanıb, bir çox hökumət nümayəndəsi və QHT-lər edam cəzasının bərpa olunması üçün işə başlayıblar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!