Mahsum Kırmızıgül:"İndi ayda 10 minə yaşayıram"

Mahsum Kırmızıgül:
Xəbərlər
10.09.2017 13
Rejissorluğa başlayan məşhur müğənni milyonlardan imtina etdi



Şou-biznes  Azərbaycanda da bir necə gün öncə premyarı baş tutan və ən çox izlənilən filmlərdən olan "Möcüzə"nin rejissoru Mahsun Kırmızıgül hədəflərini böyüdüb. Müğənni rejissor bundan sonra özünü beynalxalq arenada sınamaq istəyir.



Onun sözlərinə görə, film çəkmək mahnı oxumaqdan daha çətindir. "Müğənnilərdən soruşsalar deyəcəklər ki, ən çətin iş bizimdir. Studiyaya girib mahnını oxuyub çıxırlar. Sonra konsertlər və böyük pullar. Amma elə deyil. Bir film illərinizi ala bilər. Ssenari yaz, məkan tap, aktyor-aktrisa seç, çəkilişi başla, montaj et, səsi yaz və sairə...".



Müğənni bundan sonra səhnəyə ancaq xalq konsertləri vermək üçün çıxacağını deyib. Onun hədəfi isə 60 yaşına kimi daha 10 kino çəkməkdir.



"Bəli, artıq musiqini atmışam. Bu qərarımda bu sahədəki ikiüzlü insanlarında təsiri var. Uzun müddət içərilərində olmuşam. Onların hamısı saxta insanlardır. Üzünə gülüb, arxadan iş görürlər".



M.Kırmızıgül məşhur bir insan kimi yaşamadığını deyir. Hər gün işə metro ilə gəlib-gedir və insanların baxışlarından narahat olmur.



"İndi az qazansamda xoşbəxtəm. Pul istəmirəm. Mənim dünyam kinodur. Səhnədə davam etsəydim, bu günə kimi 100 milyon dollar qazanardım. Amma indi ayda 10 min lira (4 min dollar) ilə keçinirəm. Qazandığım pulu da paylaşıram".



Onun sözlərinə görə, yeganə zövqü dostları ilə görüşüb yemək yeməkdir. Onda da heç bir xərcdən qaçmadığını etiraf edir. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!