Rusiyada 2846 Azərbaycan vətəndaşı həbsdədir

Rusiyada 2846 Azərbaycan vətəndaşı həbsdədir
Xəbərlər
10.09.2017 14
Məhkumların ümumi sayının 5%-dən çoxunu miqrantlar təşkil edir.



Rusiyanın cəzaçəkmə müəssisələrində cəza çəkən xarici vətəndaşlar arasında Azərbaycan vətəndaşları dördüncü yerdədir.



Bu gün 2846 Azərbaycan vətəndaşı dəmir barmaqlıqlar arxasındadır.



Rusiyanın Cəzaların Yerinə Yetirilməsi üzrə Federal Xidmətinin məlumatına əsasən, həbsdə olan xarici vətəndaşlar arasında Tacikistan vətəndaşları birinci yerdədir.



Hazırda dəmir barmaqlıqlar arasında 7786 Tacikistan vətəndaşı cəza çəkir. İkinci yerdə Özbəkistan vətəndaşları – 6746 nəfər, üçüncü yerdə isə Ukrayna vətəndaşlarıdır – 2964 nəfər. Məhkumların ümumi sayının 5%-dən çoxunu miqrantlar təşkil edir.



2014-cü ildə Rusiyanın cəzaçəkmə müəssisələrində 28 496 xarici vətəndaş saxlanılıb. Onlardan yalnız 384-ü uzaq xarici ölkələrin, yerdə qalanları isə MDB ölkələrinin vətəndaşlarıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!