Bakıda 17 yaşlı qızı qardaşının qayınatası zorladı

Bakıda 17 yaşlı qızı qardaşının qayınatası zorladı
Xəbərlər
10.09.2017 22
Hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata
görə, dünən 17 yaşlı qız Qaradağ rayon Polis İdarəsinə müraciət edərək
zorlandığını bildirib. 
 
Təcavüzə məruz qaldığını
iddia edən qız hadisənin ötən ilin may ayında olduğunu deyib. Ələt
qəsəbəsi Füzuli küçəsində yaşayan 1997-ci il təvəllüdlü F.M ərizə ilə
müraciət edərək bildirib ki, 2014-cü ilin may ayında yaşadığı evdə
tanıdığı Əlifağa adlı şəxs zorla onunla cinsi əlaqədə olub.
Qaradağ
Rayon Polis İdarəsi 11-ci Polis Bölməsindən məlumatı təsdiqləyiblər.
Bildirilib ki, Əliağa adlı şəxs qızın qardaşının qayınatasıdır.
 
Müstəntiq Elçin Tağıyev açıqlamasında hadisə barədə geniş məlumat verib.



O
bildirib ki, 1967-ci il təvəlüdlü Bayramov Əlifağa Həmiş oğlu qızı 16
yaşı olanda 3 dəfə zorlayıb: "2013-cü ilin avqustuda zorlanan qızın
qardaşı Əlifağanın qızını alıb. O vaxtdan qohumluq əlaqələri yaranıb və
onlar bir-birlərinin evinə gedib gəlməyə başlayıblar. Qız Ələt
qəsəbəsində atası ilə birlikdə yaşayıb. Qudaların hər ikisi "malyar”
işləyirmiş. Sonradan Əlifağa bir yerdə işə getmək üçün gəlib qudasıgildə
qalırmış. 2014-cü ilin mayın 1-də Əlifağa qudasıgilə gəlib, görüb evdə
heç kim yoxdur. Qızdan soruşub ki, atan hardadır, o da deyib evdə
yoxdur. İçəri keçib qızı danışdırmağa başlayıb. Sonra qəfildən qızı
vurub və F.M huşunu itirib. Həmin vaxt qızın 16 yaşı olub. Ondan sonra
təxminən 1 saat qızla təbii yolla cinsi əlaqədə olub. Bir saatdan sonra
qız özünə gələndə görüb ki, Əlifağa artıq evdən çıxıb gedir. Görüb ki,
soyundurulub, üst-başı da qan içindədir. Qız bunu heç kimə deməyib. Üç
gün sonra mayın 4-də gecə yenə Əlifağa qudasıgildə qalıb. Səhər qızın
atası işə tez gedib. Əlifağaya da deyib ki, ondan sonra gələr. Qızın
atası çıxandan sonra Əlifağa qızı yatdığı çarpayısında zorlayıb. Bu dəfə
qız özündə olub, müqavimət göstərib. Əlifağa qızı döyərək onunla cinsi
əlaqədə olub. Qıza hədə-qorxu gəlib ki, kiməsə desən sənin başını
kəsəcəyəm. Ümumi 3 dəfə qızı zorlayıb. Sonuncu dəfə 2014-cü ilin iyunn
ayının axırlarında olub. Qızı guya gəlinlərini görmək üçün Salyan
rayonun Kürsəngi kəndinə öz evlərinə aparıb. Yolda istiqaməti dəyişib,
qıza deyib ki, qısa yolla gedəcəyik. Heç kimin olmadığı bir yerə gələndə
maşında qızı yenə zorlayıb. Bundan sonra qız hamilə qalıb. Amma
qorxusundan heç kimə deməyib. Üstündən bir neçə ay keçəndən sonra böyük
bacısı şübhələnib. Bu ilin fevralın 7-də bacısına hər şeyi danışıb.
Fevralın 8-də Hacıqabulda xəstəxanaya gediblər. Həkim deyib ki, 35
həftəlik hamilədir, gələn ayın 15-də doğuş vaxtıdır”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!