Flora Kərimova: “Faiq kimi cinsinə nankor olanlara..”

Flora Kərimova: “Faiq kimi cinsinə nankor olanlara..”
Xəbərlər
10.09.2017 14
"Elnur Hüseynov bu qələbəni Türkiyədə deyil, Azərbaycanda qazanmalıydı”.

Bunu xalq artisti Flora Kərimova Elnur Hüseynovun "O səs Türkiyə”
yarışmasında birinci yerin qalibi olmasına münasibət bildirərkən deyib.



F.Kərimova vurğulayıb ki, Elnur Hüseynova qarşı öz vətənində laqeydlik
göstərilib: "Elnur Hüseynovun qabiliyyətinə, səsinə qiymət verilməliydi.
Təəssüflər olsun ki, o bu qiyməti ala bilmədiyi üçün başını götürüb
getdi. Düzdür, getdiyi ölkə qardaş ölkədir, amma axı biz özümüzə
vaxtında niyə qiymət verə bilməməliyik ki? Qiymətimizi bilmirik,
qiymətlilərimizi qoruyub saxlamırıq. Belə insanları qorumaq lazımdır.
Laqeydlik göstərmək olmaz. Mən bilirəm, bu qələbə nə qədər çətindir. Nə
qədər sevincli olsa da, ağırdır. Bu şöhrəti o, öz ölkəsində
qazanmalıydı”.



F.Kərimovanın fikrincə, Elnuru nədəsə suçlamaq, onu pisikdirmək
ədalətsizlikdir: "Onda gərək, Faiq Ağayevi ümumiyyətlə, səhnəyə
buraxmayaydılar, fəxri ad verməyəydilər, çünki onun da "suçu” var idi.
Faiq Ağayev kimi cinsinə nankor olanlara insanlarımız dözürdüsə və göz
yumurdusa, gərək, Elnuru hansısa söz-söhbətin qurbanı etməyəydilər”.



Sənətkarın sözlərinə görə, E.Hüseynova vaxtında qiymət verilməli idi:
"Bəh-bəhlə Elnur demək indi asandır. Onunla "Avroviziya”da birgə oxuyan
Samirin səsinə, perfomansına qiymət verilməli idi. Bunu etmədilər. İçi
mən qarışıq haqqımızı itirdilər. Mən cəmiyyətdə sözümü deyirdim, amma
yeri gələndə fikrim ümumi fikrə təsir etdiyinə görə rəyimi
soruşmurdular. Biz hələ qədir bilməyi öyrənməmişik. Ancaq qədir bilmək
vərdişə çevrilməlidir. Yaxşının qədrini, torpağın da qədrini bilməsək,
onda biz nə millətik?”



Qeyd edək ki, azərbaycanlı müğənni Elnur Hüseynov Türkiyədə keçirilən "O
səs Türkiyə” yarışmasına qatılıb və qalib gəlib. O, öz ifası ilə qısa
bir vaxtda Türkiyəni təəccübləndirib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!