Günay Elnuru öpdü: “Bu gecə mənə ən böyük hədiyyə oldu” - FOTO

Günay Elnuru öpdü: “Bu gecə mənə ən böyük hədiyyə oldu” - FOTO
Xəbərlər
10.09.2017 17
Azərbaycanlı model Günay Musayevanın gənc müğənni Elnur Hüseynovla sosial şəbəkədə yeni fotosu yayılıb.



Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva "O səs Türkiyə” müsabiqəsində qalib seçilən gənc müğənni Elnur Hüseynovla birlikdə çəkilən fotoşəklini yayımlayıb.



Fotoşəkli "Intagram” yayımlayan azərbaycanlı model həmyerlimizin finalda qələbə qazanmasında rol oynayan, dəstəyini əsirgəməyən bütün türklərə təşəkkürünü bildirib: "Ötən gün mənim ad günüm idi və Elnur bu gecə ən böyük hədiyyəni verdin mənə – nadir səsinlə layiq olduğun birinciliyi qazanaraq”.



Bundan başqa, Günay Musayeva azərbaycanlı birinin Türkiyədəki müsabiqədə birinci seçilməsinə ağız büzənlərə də ismarış göndərib: "Azərbaycanlı necə oldu ki, birinci oldu deyənlərin nəzərinə! Ayrıseçkilik etməyin. Hamınız türk millətiyik və qardaşıq. Həm də ki, bu insan öz səsi, bacarığı ilə qələbə qazandı. Sevgilər.”



Xatırladaq ki, qardaş ölkədə yaradıcılıq işləri ilə məşğul olan hər iki məşhurumuz geridə qoyduğumuz ilin dekabr ayında moda nümayişlərindən birində iştirak etmək üçün paytaxtımızın qonağı olmuşdular.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!