Maral Tahirqızı evini fahişəxanaya çeviribmiş

Maral Tahirqızı evini fahişəxanaya çeviribmiş
Xəbərlər
10.09.2017 5
Ötən ilin mayında müğənninin evində axtarış aparılıbMüğənni Maral Tahirqızı barəsində başlanmış cinayət işinin maddəsi məlum olub.



Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, o, Cinayət
Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar
təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə)
maddəsi ilə təqsirli bilinir. Cinayət işinin istintaqı yekunlaşmaq
üzrədir.



M. Tahirqızı açıqlamasında ona qarşı Cinayət Məcəlləsinin
244.1-ci maddəsi ilə ittiham irəli sürülməsini təsdiqləyib: "Hələ ötən
ilin may ayında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə
İdarəsi mənim Xətai rayonunda yerləşən mənzilimdə əməliyyat keçirdi.
Polis əməkdaşları evimdə axtarış apardı, lakin mənzilimdə heç kimi
tapmadılar. Axtarışlardan sonra isə məni polisə aparıb gecə saat 1-dək
orada saxladılar. Həmin hadisədən sonra məni tez-tez Xətai polisinə
çağıraraq ifadəmi alırdılar. Ötən ilin sonlarında müstəntiq mənə dedi
ki, barəmdə Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət işi
başlanıb. Təbii ki, mən bu ittihamları qəbul etmədim, indi də etmirəm”.



M. Tahirqızı həmçinin bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə şikayət ünvanladığını da qeyd edib.



Qeyd edək ki, M. Tahirqızının Cinayət Məcəlləsinin 244.1-ci maddəsi üzrə
təqsiri sübuta yetirilsə, ona iki yüz saatdan iki yüz qırx saatadək
ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə cəzası verilə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!