İran qadınları 100 ildə belə dəyişdi - Video + fotolar

İran qadınları 100 ildə belə dəyişdi - Video + fotolar
Xəbərlər
10.09.2017 6
"100 illik trend”.

 

İranlı qadınların 100 il ərzində necə dəyişmələri barədə sosial çarx çəkilib.



"100 illik trend” adı altında çəkilən qısa film sosial şəbəkələrdə geniş müzakirə olunmağa başlayıb.



Videoda ilk olaraq 1910-ci ildəki İran qadını göstərilir. Bu dövrdə qadınlar evləndikdən sonra qaş və saçlarının kəsimini edə bilərdilər.





İkinci 1920-ci il xanımı obrazı yaradılıb. Bu ildə artıq qadınların təhsil alması, Tehran Universitetində qadın tələbələrin gözə dəyməsi göstərilir.





Üçüncü obrazda isə İranda qəbul edilən yeni qanuna toxunulub. Bu qanuna əsasən, qadınlar hicab əvəzi saçlarının görsənməməsi üçün papaqlardan istifadə edə bilərdilər.



 

Dördüncü obraz isə 1940-ci illəri xatırladır. Burada qadınlar xarici aktrisalar qədər baxımlı olduğu göstərilir.



 

50-ci illərdən etibarən qadınlar fərqli saç düzümlərindən istifadə etdikləri bildirilir.



 

60-ci illərin xanımlarının obrazları sanki, bir əsərin dram səhnəsini xatırladır. Qabarıq və həcmli saçlar...



 

70-ci ildə isə xanımların saçları və görünüşü daha da müasirləşməyə başlayıb.



 

80-ci il xanımları isə hicaba yenidən bürünüb. Səbəb isə 1979-cu ildə molla rejiminin hakimiyyətə gəlməsi olur.



 

90-cı illərdə isə xanımlar rəngli örpəklərdən istifadə etməyə başlayıblar.



 

2000-ci illərdə isə qadınların seçkilərlə bağlı aktivliyi və etirazı nəzərə çarpır.



 

2010-cu ildə isə fərqli İran qadını obrazı görürük. Saçlar görünür, hicab isə arxa plana keçir. Müasir İran qadını...









скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!