Məşhur müğənnidən Özgecanın ailəsinə jest - foto

Məşhur müğənnidən Özgecanın ailəsinə jest - foto
Xəbərlər
10.09.2017 18
Gülben Ergen Özgecan Aslanın adını daşıyacaq uşaq bağçası açacaq



Türkiyənin tanınmış müğənnisi, son vaxtlar adı qalmaqallarla hallanan Gülben Ergen Çelik kişi zorakılığının qurbanı olmuş tələbə Özgecan Aslanın adını özünə məxsus şəkildə əbədiləşdirəcək. Müğənni hadisənin baş verdiyi Mersin şəhərində Özgecan Aslanın adını daşıyacaq uşaq bağçası açacaq.



 Gülben Ergen bu barədə İnstagram səhifəsində açıqlama paylaşıb:



"26-cı Uşaq bağçamız "@cocuklargulsundiye” "#ÖzgecanAslanAnaokulu” üçün qollarımızı çirmələdik. Anası, hörmətli Songül xanımla görüşdüm. Göz yaşı qurumayan, ürəyi yanan ana: "Tarsusda yox, Mersində açın”, - dedi...”



Qeyd edək ki, Gülben Ergen "Uşaqlar gülsün deyə” dərnəyi ilə birlikdə Türkiyənin 25 şəhərində 25 uşaq bağçası açıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!