"Oskar-2015"in qalibləri bəlli oldu - tam siyahı

Xəbərlər
10.09.2017 9
Los-Ancelesdə baş tutan 87-ci "Oskar” mükafatlandırma mərasiminin qalibləri bəlli olub.



"Ən yaxşı film”, "Ən yaxşı rejissor işi”, "Ən yaxşı operator işi” və "Ən orijinal ssenari” nominasiyaları üzrə mükafatlara Alexandro Qonsales İnyarritunun "Bördman” ("Birdman”) komediya filmi layiq görülüb.



Ues Andersonun "Qrand Budapeşt” oteli” filmi isə dörd mükafat alıb.



"Ən yaxşı aktyor” Eddi Redmeyn ("Stiven Hokinqin kainatı”), "Ən yaxşı aktrisa” Culiann Mur ("Hələ də Alis”) seçilib.



"Oskar-2015”in qaliblərinin tam siyahısı aşağıdakı kimidir:



Ən yaxşı film – "Bördman” ("Birdman”)



Ən yaxşı qadın rolu – Culiann Mur, "Hələ də Alis” ("Still Alice”)



Ən yaxşı kişi rolu – Eddi Redmeyn, "Stiven Hokinqin kainatı” ("The Theory of Everything”)



Ən yaxşı rejissor işi - Alexandro Qonsales İnyarritu, "Birdman”



İkinci planda ən yaxşı kişi rolu – C.K.Simmons, "Tutulma”, ("Whiplash”)



İkinci planda ən yaxşı qadın rolu – Patrisiya Arkett, "Yeniyetməlik” ("Boyhood”)



Ən yaxşı operator işi – Emmanuel Lyubetski, "Birdman”



Xarici dildə ən yaxşı film – "İda” (Polşa)



Ən yaxşı adaptasiya olunmuş ssenari – "İmitasiya oyunu” ("The İmitation game”)



Ən orijinal ssenari – "Birdman”



Ən yaxşı dizayn olunmuş kostyumlar – "Qrand Budapeşt” oteli” ("The Grand Budapest Hotel”)



Ən yaxşı qrim və saç düzümü- "Qrand Budapeşt” oteli”



Ən yaxşı animasiya filmi – "Qəhrəmanlar şəhəri” ("Big hero”)



Ən yaxşı sənədli film – "Vətəndaş dörd” ("Citizen four”)



Ən yaxşı qısametrajlı film – "Telefon zəngi” ("The Phone Call”)



Ən yaxşı qısametrajlı animasiya filmi – "Menyu” ("Menu”)



Ən yaxşı montaj – "Tutulma”



Ən yaxşı səs montajı – "Amerika snayperi” ("American Sniper”)



Ən yaxşı səs – "Tutulma”



Ən yaxşı mahnı – "Selma”, Glory



Ən yaxşı soundtrek – "Qrand Budapeşt” oteli”


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!