İlqarə: "Anam heç vaxt peşman olmur"

İlqarə:
Xəbərlər
10.09.2017 27
Xalq artisti Aygün Kazımovanın qızı, gənc müğənni İlqarə "Region TV”də yayımlanan "Şou məkan” verilişinə müsahibə verib.



İlk klip təqdimatını keçirən müğənni anası Aygün Kazımovanın təqdimata qatılmamasını belə açıqlayıb: "Məni bütün Azərbaycan tanıyır onsuz da. Anamın öz işləri var, mənim öz işlərim”.



Sənətçi anasının kölgəsində qalmayacağını, hətta onun yerini tuta biləcəyini də bildirib: "Aygün Kazımova brenddir, ondan yoxdur. Anam heç vaxt peşman olmur, çünki o, dəmir ledidir. Mən də onun qızıyam, onun kimiyəm. Onun yerini də ancaq qızı tuta bilər”.



Müğənni, çəkdirdiyi klipi haqda isə bunları söyləyib: "Çoxdandır, klip çəkdirməyə mahnı axtarırdım, bu mahnını tapandan sonra qərara gəldim ki, ancaq bu mahnıya klip çəkdirməliyəm. Klipin rejissoru xəstələndiyi üçün təqdimata gələ bilməyib”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!