Emin “Ən seksual kişi” seçildi – fotolar

Emin “Ən seksual kişi” seçildi – fotolar
Xəbərlər
10.09.2017 6
Rusiyada "Zvukovaya dorojka MK – 40”  ("Musiqili xalça”) adlı mükafatlandırma mərasimi keçirilib.



Moskvanın Kreml Sarayında baş tutan gecədə həmyerlimiz, müğənni-bəstəkar Emin də mükafatlandırılıb. O, "Sexy M” və ya "Ən seksual kişi” nominasiyasında mükafata layiq görülüb.



Emin yarışmada üç nominasiyada təmsil olunurdu: "İlin müğənnisi”, "İlin dueti” (Svetlana Loboda ilə oxuduğu "Smotriş v nebo”) və "Sexy M”.



Gecədə eyni zamanda müsabiqənin 40 illik yubileyi də qeyd olunub.



İlk dəfə "Zvukovoya dorojka”da yer alan ifaçı onu bu mükafata layiq görənlərə təşəkkür edib.



Qeyd edək ki, səsvermə internet vasitəsilə aparılıb. Eminlə yanaşı, nominantlar arasında Dima Bilan, Natali, Maksim, Sati Kazanova, Svetlana Loboda, İrina Alleqrova və başqaları yer alıblar.




 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!