Elm haqqında qanun qəbul olundu

Elm haqqında qanun qəbul olundu
Xəbərlər
10.09.2017 18
Milli Məclisin bu gün keçirilən plenar iclasında çoxdandı müzakirə mövzusu olan "Elm haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Qanun bir çox məsələlər öz əksini tapıb. Belə ki, qanun layihəsində Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi, özəl elmi müəssisələrin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyasına elmi fəaliyyəti maliyyələşdirmək məqsədi ilə Azərbaycanın qanunvericiliyində qadağan olunmayan digər fəaliyyət növləri, o cümlədən sahibkarlıqla məşğul olmaq hüququnun verilməsi, ali təhsil müəssisəsinə "Tədqiqat universiteti” statusunun verilməsi, dövlət elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin inzibati vəzifə tutmalarına görə yaş həddi müəyyən edilməsi, elmi müəssisə və təşkilatlarda çalışan elmi işçilərin əməkhaqları hesablanarkən onların əmək stajları və peşə xüsusiyyətləri də nəzərə alınması və digər bir çox məsələlər öz əksini tapıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!