Zaur Baxşəliyev doğum gününü niyə qeyd etmir?

Zaur Baxşəliyev doğum gününü niyə qeyd etmir?
Xəbərlər
10.09.2017 21
Teleaparıcı Zaur Baxşəliyevin doğum günü ilə bağlı açıqlamasını təqdim edirik.

 

- Təbrikdən xoşunuz gəlmir?

- Qətiyyən...

 

- Amma mən sizi təbrik edirəm. Yaş üstünə yaş gəlir və artan yaşınızla uğurlarınızın daha da artmasını arzu edirəm.

- Çox sağ olun.

 

- Zaur Baxşəliyev niyə ad gününü qeyd etmir və ona ünvanlanan təbriklərdən xoşlanmır?

- Mənim ad günüm fevralın 26-sıdır. Bu gündə Xocalı soyqırımı törədilib. Uşaq vaxtı dərk etmirdim o faciəni. Mən uşaqlıqdan bu faciələri yaşamışam. Şuşada, Ağdamda, Tərtərdə gülləboranın altında yaşadığım illərdə. O illərə qədər bizim də firəvan həyatımız vardı. Faciələr başlayandan sonra nəinki mənim ad günümü, ümumiyyətlə, ailəmizdə olan xoş günləri qeyd etməməyə başladıq. Sanki, yadırğadıq, bir kənara qoyduq. Həmin dövrlərdə ailəmiz çox gərgin günlər yaşayırdı bütün ailələr kimi, bütün Azərbaycanda yaşayan insanlar kimi. Ona görə bir neçə illər qeyd olunmadı ad günüm. Həmin gün faciə günüdür və bu gündə ad günü qeyd etmək ən böyük səhv və yanlış olardı mənim üçün. Xocalıda qətlə yetirilən insanlarımızın ruhuna hörmətsizlik olardı. Ona görə də mən bu haqda heç vaxt düşünmürəm. Mənim üçün doğum günü belə deyək, böyüdükcə, sanki, unuduldu və əhəmiyyətini itirdi. Ümumiyyətlə, mən bütün bayramları belə qeyd edirəm. Mən fikirləşirəm ad günü və bayramlar uşaqlar üçündür. Bəlkə də, səhv fikirləşirəm, amma bu, mənim subyektiv fikrimdir. Övladımın doğum gününü, qardaşımın, bacımın balalarının doğum gününü qeyd edirik. Düşünməyin pessimist danışıram, əksinə optimist insanam. Həyata həmişə xoş, gözəl, pozitiv yanaşıram . Amma ad gününü qeyd etmək mənim üçün arxa plandadı. İnsanlar var ki, öz ad günlərini səbirsizliklə gözləyirlər. Amma mənim heç yadıma da düşmür. Çünki həmin gün xalqımız ağır bir faciəni yaşayıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!