Manat etibarlı valyuta kimi dəyərini qoruyacaq

Manat etibarlı valyuta kimi dəyərini qoruyacaq
Xəbərlər
10.09.2017 29
Prezident İlham Əliyev fevralın 24-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşündə ölkənin iqtisadi uğurlarını bir daha qeyd etməklə yanaşı, manatın kursunun dəyişməsinə də münasibət bildirdi. Dövlət başçısı uzun illər ərzində dövlətin güclü iqtisadiyyatının qurulması üçün ciddi addımların atıldığını, islahatların və böyük investisiya layihələrinin həyata keçirildiyini nəzərə çatdıraraq söylədi ki, məhz son illər həyata keçirilən iqtisadi layihələr mötəbər beynəlxalq maliyyə qurumlarının ölkəmizin uğurlarını yüksək qiymətləndirməsinə səbəb olmuşdur.



Azərbaycan Prezidenti ona da diqqət çəkdi ki, ölkəmizin iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçası olduğu üçün regionda gedən proseslərə bağlıdır. Həqiqətən, son bir il ərzində MDB məkanında yaşanan gərginliklər bizim iqtisadiyyatımıza da təsir etmiş, müəyyən çətinliklər yaratmışdır. Amma dövlət Azərbaycan xalqını mümkün olan risklərdən qorumaq, sabitliyi möhkəmləndirmək istiqamətində ciddi fəaliyyət göstərmişdir. Bunun nəticəsidir ki, son illər Yaxın Şərqdə, Avropada, MDB məkanında baş verən məlum



Son bir ildir ki, bölgədə iqtisadi sahədə gedən böhran xarakterli proseslər və neftin qiymətinin kəskin ucuzlaşması öz təsirini büruzə verməyə başlamışdır. Bu zəmində manatın məzənnəsinin getdikcə artmasının iqtisadi inkişafımıza mənfi təsir göstərdiyini qeyd edən Azərbaycan Prezidenti dedi: "Ona görə qərar qəbul edilmişdir ki, manat bir az ucuzlaşsın. Mən yanvar ayında regionların sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş konfransda bu barədə öz fikrimi açıq şəkildə bildirmişdim ki, insanlar bunu bilsinlər və buna hazır olsunlar. Bu, heç kəs üçün sürpriz olmasın. O vaxt da demişəm ki, manat həddindən artıq bahalaşıb, bu, iqtisadiyyatımıza mənfi təsir göstərir”.

hadisələr Azərbaycana o qədər də təsir etməmişdir.

 

Ümumiyyətlə, postsovet məkanındakı dövlətlərin valyutalarının dəyərdən düşməsinin səbəbləri beynəlxalq iqtisadçılar tərəfindən diqqətlə araşdırılır. Bəziləri hətta buna "Putin effekti” kimi ad da qoyublar. Qərb mütəxəssislərinin fikrincə, ən ağır zərbə Rusiya rublu, Ukrayna qrivnisi, gürcü larisi və Belarus rubluna dəyib. Azərbaycan manatına gəldikdə isə ekspertlərin rəyi belədir ki, manatın dəyərinin dollara bərabərləşdirilməsi yeganə və düzgün çıxış yoludur. Ekspert Leonid Berşidski hesab edir ki, qrivni, ley, rubl və nəhayət, uzun müqavimətdən sonra manatın devalvasiyası Rusiyada baş verən iqtisadi böhranla, bu dövlətin yeritdiyi siyasətlə razılaşmayan Qərbin sərt təzyiqləri və iqtisadi sanksiyaları ilə sıx bağlıdır. Bu baxımdan Ukraynada vəziyyət daha gərgindir. Siyasi və iqtisadi burulğanlarla paralel qonşusu ilə demək olar, müharibə vəziyyətində yaşayan bu dövlətin valyutası acınacaqlı gündədir. Çünki qrivninin devalvasiyasının səbəbləri bir neçə amildən yox, problemlərin bədbin çələngindən ibarətdir. Qərb ekspertləri belə qənaətə gəlirlər ki, Ukrayna valyuta cənnətini - Krımı itirdikdən və Şərq sənaye vilayətlərində - ağır metallurgiyanın yerləşdiyi ərazilərdə müharibə ilə üzləşdikdən sonra ən nəhəng valyuta mənbələrinə nəzarət etmək imkanından məhrum olub.



Leonid Berşidskiyə görə, Moldova, Gürcüstan və Azərbaycanda vəziyyət o qədər kritik olmasa da, bu ölkələrin valyutalarının devalvasiyası regional kataklizmalarla bağlıdır. Ukrayna ilə Rumıniyanın arasında sıxılan Moldova kimi kiçik dövlətdə dollar son bir həftə ərzində ötən ildəkindən daha çox ucuzlaşmış və bu kiçik dövlət iqtisadiyyatındakı dərin struktur disbalansı qarşısında aciz qalmışdır. Onu da qeyd edək ki, Moldova istehlak mallarının 70 faizini xaricdən alır, ixrac idxalı iki dəfə üstələyir, əsas valyuta mənbəyi isə Rusiyada işləyən moldavanların ailələrinə göndərdiyi pullardır. Odur ki, Rusiyadakı mühacirlərin ailələrinə göndərdikləri məbləğin kəskin azalması və Rusiya ilə ticarət dövriyyəsinin aşağı düşməsi moldavan leyasını nəzərəçarpacaq dərəcədə ucuzlaşdırmışdır. Onun bundan sonra dirçəlməsinə isə güman yoxdur. Həmçinin cəmi 2,5 milyard dollar valyuta ehtiyatları olan Gürcüstanın da devalvasiyadan yayınmağa heç bir imkanı olmamışdır. Leonid Berşidskinin son qənaəti belədir ki, postsovet ölkələrinin birində baş verən valyuta silkələnməsi anındaca digərləri üçün zəlzələyə çevrilir. Beləliklə, Azərbaycan postsovet məkanını silkələyən qlobal böhranda vəziyyətdən çıxmaq üçün nisbətən daha düzgün və çevik hərəkət etmişdir.



Dövlət Azərbaycan manatının dəyərini qorumaq üçün 10 ilə yaxın bir müddət ərzində ciddi tədbirlər görmüş, zəruri hallarda bu məqsəd üçün böyük məsrəflərdən çəkinməmişdir. Lakin son günlər yaranan vəziyyətdən düzgün çıxış yolu manatın kursunun dollara yaxınlaşdırılması idi. Bəs, bunun əksi, yəni manatın kursunun süni surətdə yüksək saxlanılması nə verə bilərdi? Bu suala cavab vermək üçün Ukraynada görülən tədbirləri xatırlamaq yerinə düşər. Ukraynanın valyuta məzənnələrində kursa nəzarət etmək cəhdləri arzu edilən effekti vermək əvəzinə, daha ağır nəticələrə səbəb oldu. Dövlətin öz pulunu qorumaq üçün atdığı addımlar qara bazarın şiddətli inkişafı ilə nəticələndi və cəmiyyət daha ağır inflyasiya ilə üz-üzə qaldı.



Azərbaycanda isə vəziyyət tamam fərqlidir. Prezident Mingəçevirdəki görüşündə vurğuladı ki, əslində manat əvvəlki səviyyəyə enmişdir: "Yəni, islahat başlayanda 1 manat 1 dollar idisə, bu gün də 1 manat təxminən 1 dollardır. Bütün müvafiq qurumlara göstəriş verilmişdir ki, süni qiymət artımına yol verilməsin. Monitorinq keçirilir və qiyməti süni şəkildə artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcəkdir”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!