"Oğlumun ailə qurmaq istədiyi qız ondan 10 yaş böyük olsa belə..."

Xəbərlər
10.09.2017 6
Əməkdar artist Nüşabə Ələsgərli oğlu Orxandan bəhs edib

 

"İndi övladımın 18 yaşı var. Nə vaxtsa evlənmək istəsə, seçiminə çox qarışmaram. Oğlumun ailə qurmaq istədiyi qız ondan 10 yaş böyük olsa belə, razılaşacam. Əsas əxlaqıdır. O, gözəl olandan sonra yaşına, başqa xüsusiyyətlərinə baxmaram. Kişi ilə qadın arasındakı yaş fərqinə heç vaxt əhəmiyyət vermirəm".



Kişinin qadından az pul qazanması mövzusuna münasibət bildirən N.Ələsgərli: "Mənim üçün önəmlisi kişinin tənbəl olmamasıdır. Əgər ailədə mən beş, kişi bir manat qazanırsa, bunu niyə problem edim ki? Əsas odur ki, işləyir, evdə yatmır”, - deyə bildirib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!