Android Pay işə salınacaq

Android Pay işə salınacaq
Xəbərlər
10.09.2017 19
Google yeni Android Pay ödəmə xidmətinin istifadəyə verilməsinə hazırlıq aparır. Bu məqsədlə şirkət Amerikanın üç ən böyük mobil rabitə operatoru (AT&T, T-Mobile və Verizon) ilə saziş imzalayıb.

 

Nəticədə həmin operatorlar satılan Android smartfonlara öncədən sistem quraşdıracaqlar. Bu ilin mayında Android Pay ödəmə xidmətinin rəsmi elanı gözlənilir.

 

Google-un bu təşəbbüsü elektron ödənişlər bazarında öz mövqeyini gücləndirmək üçün nəzərdə tutulub. Hazırda Google Wallet xidməti böyük populyarlığa malik deyil, ancaq ABŞ şirkəti satın aldığı startapların texnologiya və əqli mülkiyyətinin hesabına ödəmə xidmətinin imkanlarını yaxşılaşdırmağı planlaşdırır.

 

Məlum olub ki, Android Pay kənar mobil proqramlarda işləyəcək. Platforma alış-verişin kontaktsız ödənişi üçün NFC çipləri ilə təchiz edilmiş ödəmə terminalları ilə uyğun olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!