Mobil messencerlər üçün yeni kart

Mobil messencerlər üçün yeni kart
Xəbərlər
10.09.2017 12
İtaliyanın Zeromobile operatoru cari ilin yanvarında elan edilmiş WhatSim SİM kartını rebrendinq edib.

 

İndi o, ChatSim adlanır və bütün mobil messencerləri dəstəkləyir. Bu SİM kartın köməyi ilə ildə 10 avro ödəyərək dünyanın 150 ölkəsində istənilən həcmdə mətn mesajları ilə mübadilə etmək olar. Şirkətin bəyanatına əsasən, bu, səyahətçilər üçün əla xəbərdir, çünki bahalı rouminqdən istifadəyə və ya ödənişsiz Wi-Fi axtarmağa ehtiyac olmayacaq.

 

ChatSim SİM kartı dünyanın 150 ölkəsində 400-dən çox operator tərəfindən dəstəklənəcək. Dəstəklənən messencerlər arasında QQ, WhatsApp, Facebook Messenger, WeChat, Skype, Viber, LINE, KakaoTalk, Telegram, Snapchat, Twitter, Hangouts, iMessage və başqaları var.

 

ChatSim layihəsi Zeromobile operatorunun təsisçisi, 38 yaşlı italyan sahibkarı Manuel Zanello tərəfindən düşünülüb. Zanello Zeromobile operatorunu ilk qlobal mobil operator kimi qələmə verir, ChatSim isə bütün məşhur mobil messencerlərdən istifadəyə imkan verir. Zanello ChatSim kartını ona görə yaradıb ki, istifadəçilərin əksəriyyəti indi elektron mesajlaşırlar.

 

İllik 10 avro ödəməklə ChatSim kartının sahibləri iMessage, Viber və Telegram messencerlərinin köməyi ilə istənilən həcmdə mətn mesajları göndərə və qəbul edə bilərlər. Başqa növ kontentin göndərilməsi bir qədər baha olacaq: məsələn, Rusiya, Avropa Birliyi, Türkiyə, ABŞ və Tailandda fotoşəklin göndərilməsi və qəbulu 0,10 avro, video göndərilməsi 0,50 avro, səsli mesajlar 0,025 avro təşkil edəcək.

 

Zaqafqaziya ölkələri və ya Çində fotoşəkillərin göndərilməsi 0,375 avro olacaq. Hindistanda 0,7, İraq və Mərakeş 1 avro təşkil edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!