“Coca Cola”nın böyük sirri faş oldu

“Coca Cola”nın böyük sirri faş oldu
Xəbərlər
10.09.2017 25
Mark Prenderqastın mövzu ilə bağlı yazdığı kitabında şirkətin təhlükəsizlik səbəbi ilə sadəcə, "Coca Cola”nın 2 nəfərin bilməsinə icazə verdiyi formulunu aşkarladığını iddia edib.



"İngiliz Metro” qəzetində yer alan xəbərə görə, şirkət qurucusunun yazdığı formulu ələ keçirdiyini iddia edən Prederqast, içkinin içində keşniş, darçın və neroli kimi maddələrin olduğunu iddia edib. Predergasta görə, bu 7 maddə içkiyə məşhur dadını qazandırır. Predergastın ən diqqət çəkən iddiası isə şirkətin bu dadları yox etmək üçün "Coca Cola”nı 24 saat ərzində xüsusi bir tərkibin içində saxlamasıdır.



Mark Prenderqastın iddia etdiyi formul budur:



29,5 ml sitrat kafein



29,5 ml vanilin



88,7 ml sitrik asit



14 kq şəkər



9,5 litr su



Dörddə bir limon



İllərdir tərkibində olan maddələr haqqında tez-tez müzakirə obyekti olan "Coca Cola”nı digər markalardan ayıran ən böyük fərqi onun sahib olduğu dadıdır. İçkiyə bu dadı verən bitki tərkibli maddələri sirr kimi saxlayan şirkət bəlkə də, dünyanın ən maraq doğuran sirrini öz "CEO”sundan belə gizlədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!