Cinsiyyətin dəyişdirəndən sonra qadın qismində ilk defilesinə qatıldı – Fotolar

Cinsiyyətin dəyişdirəndən sonra qadın qismində ilk defilesinə qatıldı – Fotolar
Xəbərlər
10.09.2017 33
Dünyanın ən populyar modellərindən biri, transgender Andrey PejiçLondonda keçirilən Yüksək Moda Həftəsində dünən podiuma çıxıb.

O, tanınmış dizayner Cayls Dikonun yeni kolleksiyasının reklam "sima”larından biri idi.

23 yaşlı serb model bununla da qadın qismində ilk defilesinə qatılıb.

Ötən ilin ortalarınadək cinsi mənsubiyyət baxımından kişi olan Andrey Pejiç cinsiyyətin dəyişdirilməsi əməliyyatı keçirib və artıq qadındır.

Kulislərdə model Kendal Cennerlə birlikdə olan Pejiçin dediyinə görə, özünü qadın kimi əla hiss edir.

"Transgenderdim və cinsiyyətim kişi olsa da, həmişə qadın kimi geyinir, qadın kimi davranırdım. İndisə qadınam və əhvalım da gözəldir. Karyeramda yeni dövr başlanır”, – Pejiç söyləyib.

Yaxın həftələrdə Milan və Parisdə keçiriləcək Yüsək Moda Həftələrinə qatılacaq modelin sözlərinə görə, kinorejissor Sofi Koppolanın yeni filminə də çəkiləcək.




 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!