"Boşanandan sonra başa düşdüm ki..." - Lalə

Xəbərlər
10.09.2017 13
"Ailə həyatımda baş verən "burulğanı" bir günün içində yaşamadım. İllərdir eyni damın altında yaşadığın insanı bir anda silib ata bilməzsən. Qadın yaşanan hadisəyə dözür, son ana qədər hər şeyin düzələcəyinə ümid edir. Alınmadığını görəndə isə boşanır”.



Bu sözləri əməkdar artist Lalə Məmmədova "Zərif qəhrəman” verilişində deyib.



Boşanmalardan danışan müğənni bu hadisədə ən çox övladların əziyyət çəkdiyini bildirib:



"Uşaqların bu qədər pis olması ürək ağrıdan məqamdır. Böyüklər hansısa bir işlə başlarını qatırlar. Boşanandan sonra kişinin həyatı çətinləşmir, əlini yanına sallayıb gəzir. Amma qadın üçün ən ağrılı günlər başlayır. Fikirləşirsən ki, iki övladım var, onları böyütməliyəm. Həyat sıfırdan başlayır. Qadın yaşının ən gənc vaxtında ruhən qocalır. Normal yaşaya bilmir. Qadının öz xanımlığını, zərifliyini hiss etməsi üçün həyatında güclü bir kişi olmalıdır. Ayrılmaq çətin prosesdir. Sözdə "boşandım, ayrıldım” demək asandır. O prosesi yaşamaq tamam başqadır. Qadının depressiyaya düşməyə haqqı yoxdur. O, anadır. Boşanandan sonra bir şeyi başa düşdüm: bəzi ümidlərim var ki, anadangəlmə ölüdür. Həyatda iki şeyə görə ayaqdayam: sənətim və övladlarım”.



Qeyd edək ki, Lalə Məmmədova həyat yoldaşı İlham bəylə 2013-cü ilin yayında boşanıb. Onun bu evlilikdən Nərgiz və Çinarə adlı iki qızı var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!