Türk mətbuatı azərbaycanlı xanımı ləkələdi - foto

Türk mətbuatı azərbaycanlı xanımı ləkələdi - foto
Xəbərlər
10.09.2017 29
"Mətbuat məni dəli edəcək həddə gəldi".

 

Bu sözlər Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevaya məxsusdur.



Türk mətbuatı azərbaycanlı model Günay Musayevanı ləkələməkdə davam edir. Tolqa Karelllə evləndiyi ilk gündən dəfələrlə boşanma xəbərlərini yazaraq sonunda buna nail olan bəzi türk jurnalistləri Günay Musayevaya qarşı qara piar kampaniyasına yenidən start verib.



"Sabah" qəzetinin "Boşanmadan sevgili tapdı" başlıqlı yazısında görüntülənən şəxs əslində Günayın dostu, azərbaycanlı jurnalist Ülvi Hadıyevdir.



Barəsində yazılan yalan xəbərlərdən əsəbiləşən model bütün bunlara sosial şəbəkədə reaksiya verib: "Hər dəfəki kimi cavab verməyim, ciddiyə almayım deyirəm, amma olmur. 8 ildir mənimlə olan, mənə həm qardaşlıq edən, həm də köməkləri ilə əlim-ayağım olan və hər zaman yanımda görünən Şabanı (Ülvi Hadıyev) belə mənə sevgili etmişlər. Xəyal gücünə mat qaldım müxbir dost! Şabanın adını belə dəyişib Vedat yazıblar. Deməyə söz tapa bilmirəm. Xəbər uydurarkən nə içdiyiniz də maraqlıdır".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!