Bir filmdə 24 rol oynayacaq

Bir filmdə 24 rol oynayacaq
Xəbərlər
10.09.2017 7
Aktyor Leonardo DiKaprio bir filmdə 24 obrazı canlandıracaq.



"The Crowded Room” ("Sıx otaq") adlanacaq yeni filmdə çoxşəxsiyyətlilik sindromundan əziyyət çəkən və 24 fərqli simaya sahib olan Billi Milliqan obrazını canlandıracaq.



Film Daniel Keyesin 1981-ci ildə çap olunmuş "The Minds of Billy Milligan” ("Billi Milliqanın ağılları") adlı kitabının motivləri əsasında çəkiləcək.



Filmdə baş verənlər real həyatdan götürülüb. B.Milliqan 70-ci illərin sonlarında silsilə oğurluqlar, insan qaçırma və 3 təcavüz cinayətində ittiham edilən şəxsdir. Amma cinayətləri özünün deyil, digər "simalarının” törətdiyi, şizofrenik olduğu sübut olunduqdan sonra o xəstəxanaya göndərilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!