“Adam içində” verilişi dayandırıla bilər

“Adam içində” verilişi dayandırıla bilər
Xəbərlər
10.09.2017 10
Elgiz Əkbərin aparıcılıq etdiyi "Adam içində" verilişinin ərtafında müzakirələr davam edir. Mütəxəsislər bu verilişlə bağlı öz narazılıqlarını bildirir, müzakirə olunan məsələlərin qeyri-etik və səviyyəsiz olduğunu qeyd edirlər.



Onların sözlərinə görə, adıçəkilən verilişə çağırılan ekspertlər də müzakirəyə çıxarılan mövzunun mütəxəsisi olmadıqlarından çox zaman doğru məsləhət və tövsiyə verə bilmirlər, hətta təhqiramiz ifadələrdən də istifadə etməkdən çəkinmirlər.



Bu səbəbdən də bu veriliş barəsində haqlı narazılıqlar yaranır, həm peşəkarlıq, həm də teleradio haqqında qanunvericilik baxımından, ciddi problemlər ortaya çıxır.



Məlumatına görə, bu məsələ ilə bağlı musavat.com-a danışan MTRŞ-nın hüquq şöbəsinin müdiri Nemət Cavadov da sözügedən verilişlə bağlı öz iradlarını bildirib.



Onun sözlərinə görə, verilişin bağlanılması artıq qaçılmazdır:



"Bir tamaşaçı kimi, mən də o verilişə dəfələrlə baxmışam. Verilişin tərtibatçıları psixoloji problemləri olan, xaraktercə zəif, ailə münaqişələri ilə üzləşən insanların saflığı üzərində şou qurub, reytinq qazanmağa çalışırlar. Bunu açıq aydın görmək olur. Canlı efirdə milli-mənəvi dəyərlərimiz çox zaman gözlənilmir, tez-tez təhqiramiz ifadələr işlədirlir, qonaq qismində gələn iştirakçılar bəzən efirdə olduqlarını unudurlar. Şəxsən mən bu cür halları xoş qarşılamıram və qəbul etmirəm.



Televiziya haqqında olan qanunvericilikdə bildirilir ki, hər hansı bir verilişdə təhqiramiz ifadələr işlədilərsə, o veriliş bağlana və yaxud da verilişi təşkil edənlərə ciddi töhmət verilə bilər. Hətta bu cür töhmətin birbaşa televiziya rəhbərliyinə ünvanlanması da mümkündür.



MTRŞ-nin televiziyaların daxili işlərinə qarışmaq hüququ yoxdur. Lakin efirdə təhqiramiz ifadələr işlədilərsə, onun bağlanılması qaçılmazdır. Bu baxımdan, "Adam içində” verilişinin dayandırılması ehtimalı var. Bu barədə artıq Milli Televiziya və Radio Şurasında müzakirələr aparılır”.



Nemət Cavadov ANS telekanalının rəhbərliyini də bu işdə günahlandırıb:



"Cəmiyyət arasında artıq bu verilişə qarşı xeyli iradlar və tənqidlər var. Bunun qarşısının alınması təkcə MTRŞ-in vəzifəsinə aid deyil, telekanal rəhbərliyi də bu barədə  fikirləşməlidir. Aciz insanların üzərində reytinq qazanılmasını dayandırmaq, eyni zamanda telekanal rəhbərliyinin də vicdanına düşən bir işdir”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!