Hansı platforma liderdir?

Hansı platforma liderdir?
Xəbərlər
10.09.2017 1
ABI Research analitik şirkətinin məlumatına əsasən, 2014-cü ildə Android mobil platforması ağıllı qurğular üçün əməliyyat sistemləri bazarında lider platforma olub.

 

Ekspertlər noutbuk, ağıllı avtomobilləri, kompüterləşdirilmiş eynək və saatları, smartfon, planşetlər və ultrabukları ağıllı qurğular kateqoriyasına aid edirlər.

 

Mütəxəssislər qeyd edirlər ki, smartfon və planşetlərin sayəsində Android platformasının mövqeyi güclənib və bazar payı 53 faizə çatıb.

 Bildirir ki, bununla belə, analitiklər bildiriblər ki, rəqabətin artımı ilə əlaqədar gələcəkdə Android mobil əməliyyat sisteminin bazar payının artımında çətinliklər ola bilər. Gözləntilərə görə, cari beşillikdə (2014-2019) Android platformasının orta illik artım göstəricisi 10 faiz olacaq. Artım tempinin zəifləməsi onunla izah olunur ki, Android ilə işləyən qurğuların istehsalından əldə olunan gəlirin azalmasını dərk edən aparıcı istehsalçılar yeni əməliyyat sistemini yoxlamağa çalışırlar.

 

Ekspertlər indi istifadəçilərə təklif edilən alternativ platformalar arasında Chrome OS və Firefox OS mobil platformalarını nümunə gətiriblər.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!