Azərbaycan səhnəsinin ən gənc Leylisi - fotosessiya

Azərbaycan səhnəsinin ən gənc Leylisi - fotosessiya
Xəbərlər
10.09.2017 24
Opera və Balet Teatrının solisti, xanəndə Arzu Əliyeva yeni fotosessiya etdirib.



Fotokamerası qarşısına keçən səhnəmizin ən gənc Leylisi sənət fəaliyyətindən danışıb:



"Ən gənc Leyli olmaq çox qürurvericidir. Müəllimim, xalq artisti Mənsum İbrahimov bu işi mənə həvalə edərək çiynimə böyük məsuliyyət qoyub. Bu, şərəfli bir vəzifədir. İlk dəfə 6 il öncə Ərəbzəngi obrazına dəvət olunmuşdum. Daha sonra "Əsli və Kərəm”də Əsli rolunu canlandırdım. Ən böyük arzum isə "Leyli və Məcnun”da oynamaq idi. Dedilər ki, çəkini azaltsan, sənə baş rolları verəcəyik. O vaxtlar kök idim. İradə göstərib artıq çəkidən xilas oldum. Söz verdikləri kimi əsas obrazları mənə etibar etdilər. Teatrımızın direktoru Akif Məlikov, hər birimizin qayğısına qalan Tamara Eyvazova, baş rejissorumuz Hafiz Quliyev, tarzən Elxan Mansurov sayəsində indi operamızın ən gənc Leylisiyəm. Arzu edirəm ki, bu işdə uğur qazanıb, tarixdə yaxşı ifaçı kimi qalım”.



Arzu Əliyeva deyib ki, əgər təkliflər olsa, başqa obrazlarda da özünü sınamaq niyyətindədir:



"Amma opera səhnəsində bir ifaçı üçün Leylidən üstün rol yoxdur. Üzeyir Hacıbəyovun bu şah əsərində bir aktyorun düşə biləcəyi bütün hallar – sevinc, sevgi, çarəsizlik, əsəb, yorğunluq, kədər var. Gələcəkdə Üzeyir bəyin "Arşın mal alan” və "O olmasın, bu olsun” operettalarında səsimə uyğun hansısa bir obrazı canlandırmaq istərdim. Üzərimdə hər zaman çalışmağı xoşlayıram".



Arzu Əliyeva özünün sürücülük qabiliyyətindən bəhs edib. O, 7 ildir sükan arxasındadır:



"18 yaşımın tamam olmasını və sürücülük vəsiqəsini almağı səbirsizliklə gözləyirdim. İşimlə bağlı maşınsızlıqdan əziyyət çəkirdim. Arada yüngül qayda pozuntuları edirəm. Amma çalışıram, hər zaman yaxşı sürücü olum. Kitablardan yol kərəkət qaydalarını öyrənirəm. Təhlükəsizlik kəmərini daim həm özüm taxıram, həm də bunu yanımda oturan adamdan tələb edirəm. İndiyədək 50-100 manat arası cərimə ödəmişəm. Sürəti sevmirəm. Çünki faciəli sonluqdan qorxuram. İndi sürdüyüm avtomobil sayca üçüncüdür. Ona "mənim qızım” və ya "Ağ ceyranım” deyirəm”.



Zəhra Əhmədova

Foto: Ramin Aslanov




 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!