Azərbaycanlı aktrisa komaya düşüb

Azərbaycanlı aktrisa komaya düşüb
Xəbərlər
10.09.2017 38
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Kübra Dadaşovanın səhhəti pisləşib.

Aktrisanın qızı, eyni teatrın aktrisası Təhminə Məmmədovanın açıqlamasında deyib ki, anası koma vəziyyətindədir:

 

"Anam şəkər xəstəsidir. Hazırda xəstəxanada ağır vəziyyətdədir. Onun iki barmağı kəsilib. Ayağına keçmək üzrədir. Biz heç bilmirik, o, sağ qalacaq, yoxsa yox”.

T.Məmmədova qeyd edir ki, həkimlər bütün cəhdlərlə anasının səhhətini düzəltməyə çalışır:

 

"Sağ olsun həkimlərimiz, anamı müalicə etmək istəyirlər. Ancaq şəkər çox pis xəstəlikdir. Anam iki dəfə əməliyyat olunub. İndi vəziyyəti elədir ki, həkimlər heç əməliyyata da icazə vermirlər. Anam istəmir ki, kimsə onu bu vəziyyətdə görsün. O, insanların yaddaşında olduğu kimi qalmaq istəyir, bu vəziyyət yox. Biz yenə də Allaha dua edirik".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!