Röya və Zamiq - SARMAŞ-DOLAŞ oldular - FOTOLAR

Röya və Zamiq - SARMAŞ-DOLAŞ oldular - FOTOLAR
Xəbərlər
10.09.2017 63
Onları şou-biznes aləmində çox küsüb-barışan görmüşük.

Biri-biriləri ilə qol-boyun olub öpüşüb - görüşən vaxtları da olur, küsüb, bir-birinə arxa çevirən vaxtları da.



Amma bu dəfə onları ancaq bir ampulada, mehriban, biri-biriləri ilə qol-boyun, sarmaş-dolaş görəcəksiniz.



Ölkəmizin ən məhur simalarını tək yox, cüt- "sarmaş" və "dolaş" olaraq təsəvvür elədik. Nə qədər maraqlıdır gizli sevgilər, dostluqlar və ailə qurmuş cütlüklər?!

"Sarmaş-Dolaş” layihəsində. Beləcə heç vaxt itirmədən layihəmizin ilk qonaqlarının sarmaş-dolaş fotolarını, səmimi münasibətlərindən yaranan müsahibəsini təqdim edirik. Layihəmizin ilk qonaqları isə çoxsaylı fanat ordusu olan Röya və Zamiqdir:



Müəllif: Röya və Zamiq neçə ildir dostsunuz ?

Röya: 2008-ci ilin sonlarından dostuq. O vaxta kimi salam-sağolumuz var idi.

Hörmət edirdim, görəndə deyirdim ki, Zamiq tərbiyəli uşaqdı, yaxşı oğlandır.

Zamiq: Mən də deyirdim ki, Röya çox yaxşı qızdır (gülür-red)



Müəllif: İllərin dostlarının eyni səhnəni bölüşməsi necədi ?

Röya: Mən xoşlayıram. Duet iki ifaçının sevənlərni birləşdirmək deməkdir. Mən oxuyuram onunla və artıq bizim sevənlərimiz birləşir.

Sabah onun arxasınca danışanda mənim sevənlərim ayağa qalxır, həmin kəslərin cavabını verir, mənim arxamca danışanda isə onunkular...

Duet əslində bu işi görür. Gəncləri, fanat ordusunu bir yerə yığır.

Zamiq: Əvvəl biz bir-birini insan kimi çox istəmişik. Sonra dost olmuşuq. Sonra görmüşük ki, bizim musiqi zövqlərimiz də üst-üstə düşür.

Həm dostuq, həm də ki, bir-birini anlayan duet ortaqları.



Müəllif: Röya, Zamiq necə dostdur?

Röya: Yaxşı. Düzdür ona demişəm ona ... Adama nə zəng vurar, nə mesaj yazar. Ancaq mən həftədə iki dəfə səsli sms yollayıram ona.

Zamiq: O gün bəzəyib-düzəyib məni özünəməxsus sözləri ilə ki, ay Zamiq mən sənə həftədə iki dəfə yazıram, sən niyə yazmırsan ki?

Röya: Donuz, eşşək şəkilləri atıram ona... (gülürlər-red)

Zamiq: Deyirəm ki, Röya ondansa heç yazma

Röya: Mən söz yazmasam da, şəkil atıram ki, bax mən varam, bil!



Müəllif: Öz aranızda bir-birnizə necə müraciət edirsiniz?

Zamiq: Mən ona son zamanlar Roşka deyirəm, Röya amma mənə Zamiq deyir, elə öz adımı.



Müəllif: Röyadan soruşdum Zamiq necə dostdur, bəs yaxşı Röya necə dostdur?

Zamiq: Vallah Röya çox-çox yaxşı dostdur. Röya dar günün dostudur.

Eşitsə dostunun hansısa problemi var o dəqiqə zəng edəcək, istəyəcək həmin insana kömək etsin.

Nəinki mənə, Röya bütün dostlarına qarşı elədir.



Müəllif: Guya ki, heç küsməmisiniz?

Röya: Biz yemək yeyəndə də bir-birindən küsürük, beş dəqiqənin içində həm küsürük, həm də barışırıq.

Zamiq: Röya mahnının əvvəlində küsür, sonunda barışır.



Müəllif: Ən birinci barışıq addımını kim atır?

Röya: Özüm. Çox yaxın adamdırsa özüm, sevmədiyim adamdırsa önəmsəmirəm.

Zamiq: Şükür Allaha ki, bizim elə də qlobal davamız düşməyib.



Müəllif: Röya başqaları ilə duet oxuyanda qısqanmırsan?

Zamiq: Yox, əksinə baxıb sevinirəm.

Röya: Aaaa... mən amma qısqanıram. Əlbəttə qısqanıram. Mən Zamiqi "İnstagram"dan silmişəm.

Çünki bir nəfərlə şəkil qoymuşdu.

Zamiq: Onu demir, musiqini deyir...

Röya: Fərqi nədir ki, istər musiqi, istərsə də bir yerdə otur. Görəndə kimləsə duet oxuyur deyirəm ki, Allah heç xeyir verməsin.

Zamiq: Görürəm artıq o mahnını kimləsə oxuyub, nə deyə bilərəm ki?! Deyirəm Allah xeyir versin.

Röya: Amma o da Xəyyamla duetim üçün deyir ki, heç xeyrini tapmayasınız.

Zamiq: (təəccüblənir-red) Hiyyyy.... Elə demişəmsə Röyanı görüm səhərə sağ çıxmasın (gülürlər-red) Əgər elə demişəmsə ...

Röya: Bu müsahibə elə qarğışlardan ibarət oldu. Vaxsey (gülür-red)


 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!