Elza yenə şeir yazdı: "Başqasında yatım, əşyasında batım..."

Elza yenə şeir yazdı:
Xəbərlər
10.09.2017 15
Əməkdar artist Elza Seyidcahan yenidən şeir yazıb.



Həmin şeiri olduğu kimi təqdim edirik:



"Vətənim edir

Anam edir

Doymaram mən.

Eləsi var ki,

Xidmət etmir.

Övlad var ki,

Xidmət edir

Erim mənim

Xidmət etmr

Dərdim mənim

Xidmət edir.

Hara gedirəm yanımdadır

Mənimlədir

Ruhumdadır

Sevir məni

Doymuram mən.

Mənim dərdim

Heç bilirsiz nədir?

Çarpayımda yatıram mən

Xidmət edir.

O niyə etmir?

Əşyalarım?

Sizə var bir xəbərim

Sizsiz mənim kədərim.

Ezalarım əşya oldu

İstəmərəm sizi atım

Sizi satım

Başqasında yatım

Əşyasında batım.

Mənim dərdim xidmət etmir

Görən niyə çıxıb getmir?

Hər şeyin öz fəsli var

Mənim dərdim yetişibdi.

Dərdim dərdi paraladı

Dənələri haçaladı

Əşyalarım parçaladı

Dərdim verdiyi fərman!

Sizə "qurban” olaram mən

Əşyalarım.

Əzaların

Çətinləşir işləri

Kütləşir dişləri

Dişləyə bilmirlər

Hissləri

Kasalarım doldu da,

Boşaldı da.

Əşyalara konsert verim?

Onlar bizi sevənlərdi

Əşyaları portret edin

Onlar bizi duyanlardı

Əşyaları baykot edin

Onlar bizi soyanlardı

İnsanlığın sözü qalıb

Əşyasında

Üstündə

Altında

Hər yerində izi qalıb.

Əşyalar var insan kimi

Əsirlərdən-əsirlərə

İzi qalıb.

Əşya var ki,

İnsan gedib

İnsanlıqda gözü qalıb.

İnsanların əşyalarda

Neçə ildir

Sözü qalıb.

Ruhu qalıb.

Əşyaların bağrı aşdı-daşdı

İnsanların qəlbi daşdı?

Əşyalarım?

Siz bilirsiz

Mənim üçün nəsiz?

Birdənəsiz

Heç kiminsiniz

Ancaq mənim

Mənə məxsus əşyalarım.

Etibarlı vətənpərvər

Əşyalarım.

Xəyənətkar deyilsiz siz.

Bizik sizi atıb-gedir

Satıb gedir

Ölüb gedir

Yatıb gedir

Üstünüzü örtüb gedir.

Xəyanətkar bizik, biz.

Kədərimiz sevincimiz

Gəmimizlə bərabəriz

Sənətimlə həmfikirsiz.

Məni duyursuz

Bizi sevirsiz

Göruyorsuz.

Yoran sizi bilin, bizik.

Əşyalarım?

Mən nə edim?

Sizi satım?

Kimə verim?

Bəs getməyim?

Qoymayın siz mən ölüm.

Kimə deyim?

Sizi atmaq olmur

Sizi satmaq olmur.

Heç biriniz əşyanızı

İtirməyin.

Onlar sizi sayanlardı.

İnsan var ki,

İtib gedib

Əşyasında gözü qalıb

İzi qalıb

Hissi qalıb

Sözü qalıb

Səsi qalıb

Naləsi qalıb

Ahı qalıb

Zülmü qalıb

Havasl qalıb

Əşyası qalıb

Əşyası qalıb...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!