"Artıq təsdiqlənib, bu il "Eurovision"a Elnur gedəcək"

Xəbərlər
10.09.2017 20
Müğənni Nura Suri bu il "Eurovision”da Azərbaycanı Elnur Hüseynovun təmsil edəcəyini deyib.

Sənətçi "Gün üzü” verilişində bunun dəqiq xəbər olduğunu söyləyib:



"Xəbəriniz olsun ki, bu il bizi "Eurovision”da Elnur təmsil edəcək. Ona görə "qədrini bilmədik” kimi sözlər deyilməsin, qədrini bilirik”.

Aparıcı İlqar Mikayıloğlunun "Nura, bu dəqiq xəbərdir” sualına ifaçı belə cavab verib:



"Dəqiqdir. Bu il Elnur yarışmada tək olacaq. Ciddi xəbərdir. Rəsmi olaraq maraqlana bilərsiniz. Bir ara təkzib olunmuşdu, sonra yenə də təsdiqləndi”.



Qeyd edək ki, Elnur "O səs Türkiyə" yarışmasının birincisi olub. O, 2008-ci ildə müğənni Samir Cavadzadə ilə "Eurovision"a qatılmışdı, cütlük "Day after day" dueti ilə səkkizinci yerə layiq görülmüşdü.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!