Zamiq: "Sosial şəbəkədə mənə söyüşlər belə söyürdülər"

Zamiq:
Xəbərlər
10.09.2017 6
Müğənni Zamiq Hüseynovun ünvanına sosial şəbəkədə xoşagəlməz sözlər yazılıb

Buna səbəb sənətçinin türkiyəli həmkarı Murad Bozu bəyənmədiyini və ona oxşadılmaqdan əsəbləşdiyini deməsi olub.  



"Onlar"a açıqlama verən ifaçı kiməsə bənzədilməkdən əsəbiləşdiyini bildirib:



"Fərqli insanlarıq, bənzəmirik. Ona oxşadıldığım üçün əsəbləşirəm. Açıqlamamda heç kimi təhqir etmədim, söymədim. Amma insanlar bunu birmənalı qarşılamadılar. Sosial şəbəkədə mənə söyüşlər belə söyürdülər. Öz fikrimi demişəm. Niyə oxşatmaq sözünü hamı pis qəbul edir? Niyə özümüzü zəif görürük? Bizim musiqimiz zəngindir, başqaları ondan istifadə edir.



Bəlkə, Murad Boz geyimi ilə özünü mənə oxşadır? Biz internetdə axtarır, nələrsə tapırıq, götürürük. Ola bilməz ki, türklər də belə etsin? Mən bu cür geyinib, səhnəyə çıxanda Murad Boz heç məşhur deyildi".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!