Evini itirən müğənni: "Hər şeyim kül oldu"

Evini itirən müğənni:
Xəbərlər
10.09.2017 7
Evi külə dönən müğənni Azad Şabanov baş vermiş hadisə barədə danışıb

Bir neçə gün öncə, gecə saatlarında qonşusunun evində başlayan yanğın müğənni Azad Şabanovun da evinə keçərək onun yaşadığı mənzili külə döndərib.



Müğənninin sözlərinə görə, xəsarət alan olmasa da, ev bütün əşyaları ilə birlikdə yanıb.



"Gecə vaxtı qonşu evdə partlayış baş verib. Orada baş vermiş yanğın daha sonra bizim evə keçib. Ev içərisində əşyalar ilə birlikdə yanaraq kül olub. Xoşbəxtlikdən heç kəs xəsarət almayıb.



Özüm evdə olmasam da, ailə üzvlərim evdə olublar. Ancaq yanğın başlamamış onlar hadisə yerindən uzaqlaşıblar".



Sonda müğənni dövlət tərəfindən onlara yardım olunacağını ümid edərək bu sözləri deyib:



"Biz vətənimizə xidmət edən şəxslərik, ümid edirəm, dövlətimiz bizi bu ağır gündə tək qoymaz."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!